İçərişəhərdəki Məhəmməd məscidinə niyə Sınıqqala deyirlər?

Bizimsesimiz.info // İçərişəhərdəki Məhəmməd məscidi Bakının ən qədim məscidi sayılır. Bu məscid miladi 1078-79-cu illərdə memar Məhəmməd Əbubəkr oğlu tərəfindən tikilmişdir. “Sınıqqala” adı isə 1723-cü ildə yaranmışdır. Xəzər sahili boyunca işğalçı yürüşlərə çıxmış Rusiya imperatoru I Pyotrun artilleriyası həmin ilin iyunun 26-da Bakını atəşə tutanda şəhərin ən qədim məscidinin minarəsi zədələnmişdi. Top mərmisinə qala bürcü kimi dözən minarəyə el arasında “Sınıqqala” adı verilmişdir. // islam.az

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir