Azərbaycanın hüquq-mühafizə orqanları Ağstafa rayon icra hakimiyyətinin başçısı Nizaməddin Quliyevi həbs edib. Virtualaz.org hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən xəbər verir ki, əməliyyat zamanı onun müavini Ramiz Tatarov da saxlanılıb. Hazırda onların mənzillərində axtarışlar aparılır.

Nizaməddin Quliyev bundan əvvəl Goranboy rayon İcra Hakimiyyətinin başçısı idi və cəmi bir neçə ay əvvəl-2019-cu ilin aprelində onun yeri dəyişdirilərək Ağstafa rayonuna başçı təyin edilmişdi.

Bildirilir ki, N.Quliyev dünən axşam saatlarında Dövlət Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən rüşvət alarkən cinayət başında yaxalanıb. Hazırda DTX-da saxlanılan başçının ətrafında axtarış və araşdırmalar davam etdirilir. Gün ərzində hadisəylə bağlı rəsmi açıqlama veriləcək.

N.Quliyevin oğlu Ramin Quliyev Nərimanov rayon Məhkəməsində hakim işləyir, digər oğlu isə Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində vəzifə tutur.

İH-dən Unikal.org-a verilən məlumata görə, Quliyev Nizaməddin Məhəmməd oğlu ezamiyyətə gedib.

Qeyd edək ki, bu barədə ilk xəbəri bakupost.az yayıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here