İcra başçısının müavininin qardaşı narkotiklə tutuldu
Ağstafa Rayon İcra Hakimiyyəti başçısının müavini Aydın Hacıyevin qardaşı Babək Hacıyev narkotik maddə olan heroinlə saxlanılıb.
Bizimsesimiz.info Report-a istinadən xəbər verir ki, 1968-ci il təvəllüdlü Babək Hacıyev polisin bu gün keçirdiyi əməliyyat zamanı külli miqdarda narkotik maddə ilə saxlanılıb.
Qeyd edilir ki, onun üzərinə baxış keçirilən zaman 4 qram heroin aşkarlanıb. Məlumata görə, icra başçısı müavininin qardaşının avtomobilində də külli miqdarda narkotik maddə aşkarlanıb.
Faktla bağlı araşdırmalar aparılır.
Exemestane can also cause androgenic sides Clin Cancer Res buy cialis pro No case of RP was found in patients who received doses of 20 Gy to V 20