İki ay ərzində 600 mindən çox Rohinca müsəlmanı Banqladeşə gəlib
Bizimsesimiz.info // Avqust ayının 25-dən etibarən Myanma hökümətinin zorakılığına məruz qalmış və ölkəni tərk edərək Banqladeşə qaçan Rohinca müsəlmanlarının sayı 605 mini keçib.
SalamNews RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı (İOM) məlumat yayıb.
Məlumata əsasən, oktyabrın 25-dən başlayaraq Koks-Bazara 605.089 qaçqın gəlib. Beləliklə, hazırda Banqladeşdə olan qaçqınların sayı 889 min nəfərdir.