AzNews.az xəbər verir ki, bu barədə Pakistanın Xarici İşlər Nazirliyi məlumat yayıb. İtkin düşən diplomatlar Əfqanıstanın şərqində yerləşən Cəlalabad şəhərindəki konsulluqda çalışırmışlar. Onlar Əfqanıstandan Pakistana qayıdarkən yoxa çıxıblar.

Pakistan rəsmi olaraq Əfqanıstan hökumətinə bütün səylərin birləşərək diplomatların mümkün qədər tez tapılması və günahkarların cəzalandırılması üçün müraciət edib.