Bizimsesimiz.info   // Orta Asiyalı iki müsəlman Kemerovodakı ”Qış albalısı”  ticarət mərkəzində baş vermiş son  yanğında 50-dən çox insanı xilas edib.

Bizimsesimiz.info moderator.az-a istinadla xəbər verir ki, bu haqda “Mash” teleqram-kanalı məlumat yayıb. Ticarət mərkəzinin ikinci mərtəbəsindəki ayaqqabı mağazasının işçiləri olan Xurşed və Farzon  tüstü və çaxnaşma görüncə özləri insanların təxliyyəsini təşkil edərək  onların binadan çıxmasına yardımçı olublar.

Onlar  tüstünün  içərisinə atılaraq özlərini itirmiş  adamları  dükanlarındakı ehtiyat çxışdan küçəyə çıxardıblar. Beləliklə, Xurşed və Farzon, ən azı, 50 insanın həyatını qurtarıblar.

“Mən tüstü  içində valideynləri ilə qaçan üç uşağı gördüm. Dərhal öz övladlarımı xatrladım –  mənim də üç uşağım var… Çox çətin idi… Biz tüstü gələn yerə qaçdıq və insanları küçəyə çıxardıq. Artıq  özümüz də nəfəs ala bilməyəndə xilasedicilər bizi bayıra çıxardı. Küçədə xaos idi…” – deyə müsəlmanlardan biri o dəhşətli anların təəssüratını bölüşüb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here