İki qardaş ölkənin Hərbi Hava Qüvvələri arasında qərargah danışıqları keçirilib
Bizimsesimiz.info // Türkiyə ilə Azərbaycan Hərbi Hava Qüvvələrinin nümayəndələri arasında Bakı şəhərində qərargah danışıqları keçirilib.
Mütəxəssislərin iştirakı ilə keçirilən görüşdə hərbi, hərbi təhsil sahələrində əməkdaşlığın mövcud vəziyyəti, inkişaf perspektivləri, birgə planların dəqiqləşdirilməsi və digər istiqamətlərdə fikir mübadiləsi aparılıb.
Qonaqlar, həmçinin HHQ-nin hərbi hissələrinə baş çəkiblər.