İki türk dövləti sərhəd məsələsində razılığa gəldi

Qırğızıstan və Qazaxıstan hökumət nümayəndələri iki dövlət arasında sərhəddə mövcud vəziyyətin tənzimlənməsi istiqamətində razılığa gəliblər.

Qaynarinfo axar.az-a istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Nazirlər Kabinetindən informasiya yayılıb.

“Toplantı zamanı əvvəllər tərəflər arasında sual doğuran bütün müddəalar razılaşdırılıb, sənəd imzalanıb”, – Qırğızıstan Nazirlər Kabinetindən bildirilib.

Xatırladaq ki, Qazaxıstan Qırğızıstanla sərhəddə yoxlama rejimini artırması nəticəsində sərhəddə böyük tıxaclar yaranmışdı.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.