İlham Zəkiyev yeddinci dəfə Avropa çempionu oldu

Bizimsesimiz.info // Azərbaycanın məşhur paralimpiyaçı cüdoçusu İlham Zəkiyev bu gün növbəti dəfə Avropa çempionu titulunu qazanıb.

Virtualaz.org xəbər verir ki, cüdoçumuz İngiltərədə keçirilən qitə birinciliyinin qalibi olub. Ümumilikdə isə, azərbaycanlı idmançılar Britaniya tatamisində dörd qızıl, bir gümüş və iki bürünc medal qazanıblar.

İlham Zəkiyevə gəlincə, ikiqat paralimpiya çempionu yeddinci dəfədir ki, Avropa birinciliyinin qalibi adını qazanır.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.