İmam Zaman məscidində ölənlərin sayı artıb

Bizimsesimiz.info // Əfqanıstanın paytaxtı Kabildə 20 oktyabrda Hazara şiələrinə aid məscidə edilən intihar hücumunda ölənlərin sayı 56 olub.

Əfqanıstan Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, Kabilin Daşti Barçi bölgəsində Hazara şiələrinə aid İmam Zaman məscidində törədilən intihar hücumunda 56 adam həyatını itirib, 55 nəfər yaralanıb.

Hücumu terror təşkilatı DAEŞ üzərinə alıb.