“… İndi də başqa ssenarilər hazırlayırlar”- B.Yıldırım
Bizimsesimiz.info // Baş nazir Binəli Yıldırım Türkiyə üzərində mütəmadi oyunlar oynamağa çalışan bəzi qüvvələrin boş yerə əlləşdiklərini vurğulayıb.
Ankara Ticarət Palatası (ATO) binasında keçirilən VIII Avtomobil Nəqliyyat Təhlükəsizliyi Simpoziumu və Sərgisinin açılışında çıxışında deyib:
“2016-cı ildə 15 İyul Fətullahçı Terror Təşkilatı – FETÖ-nün əlilə girişdikləri uğursuz çevrilişdən sonra yenə uzaqlaşmayanlar, Türkiyəni dizə gətirə, milləti tabe etdirə bilməyənlər indi də başqa ssenarilər hazırlayırlar. Görəsən, 15 iyulda edə bilmədiyimizi necə sona çatdıra bilərik?
Bəzi güclər iqtisadiyyat, təzyiq, böhran, xaos ssenariləri ilə bu milləti dizə gətirəcəklərini güman edir. Amma boş-boşuna həvəslənməsinlər. Türk milləti düşmənlərinə lazım olan dərsi verdi. Bu millət Çanaqqalada Qurtuluş Savaşında Anafartalar və Kutül Amaredə dünya imperialistlərinə lazımi dərsi verərək bu günlərə qədər gəlib-çıxdı. Bayraq, vətən, millət, dövlət sevgisi olan bu millətin sinəsində heç kim, heç bir qüvvə heç bir şey edə bilməz”.