Bizimsesimiz.info // Dünyanın ən böyük müsəlman ölkəsində İslamı azərbaycanlı yayıb.

Moderator.az Rusiya mediasına istinadla xəbər verir ki, bu fikri İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan bey Fenani dünən Bakıda ölkəsinin təqdimatı ilə bağlı keçirilən tədbirdə səsləndirib.

Səfir xatırladıb ki, dünyada ən böyük müsəlman ölkəsi olan İndoneziya Yaxın Şərq, Orta Asiya kimi tarixən İslamın inkişaf etdiyi regionlardan uzaq olub. “İndoneziyada İslam XIV əsrdə Səmərqənddə yaşamış tanınmış İslam alimi Malik İbrahimin sayəsində yayılıb. Tarixi mənbələrdən o da məlumdur ki, Malik İbrahim Səmərqəndə Xəzər dənizi sahillərindən, məhz Azərbaycandan gəlib. O, Səmərqənddə İslamı öyrəndikdən sonra İndoneziyaya yollanıb. Bu minvalla İndoneziyada müsəlmanlıq azərbaycanlıların hesabına yayılıb…” – deyə səfir vurğulayıb.

Son məlumatlara görə, İndoneziyanın əhalisi 255 milyon nəfərdən çoxdur. Əhalinin 88 faizi müsəlmandır. Ölkə – əhalisinin sayına görə dünyada 4-cü, ərazisinə görə isə 14-cü yeri tutur. Bu da İndoneziyanı planetin ən böyük müsəlman ölkəsi adlandırmağa əsas verir.

P.S. Maraqlıdır ki, Azərbaycanla bağlı belə maraqlı və önəmli faktı İndoneziya səfirinin mətbuat konfransında iştirak etmiş aparıcı ölkə KİV-dən heç biri işıqlandırmayıb. Yalnız Rusiyanın bir neçə saytı bu haqda məlumat verib…

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here