İngilislər nümayişə qalxdı

Bizimsesimiz.info  // İngiltərədə səhiyyə xidmətləri üçün daha çox pul ayrılmasını tələb edən minlərlə insan bir araya gəldi.

İzdiham paytaxt Londonda Baş nazir Tereza Meyin ofisinə doğru yürüyüb.

Etirazçılar əllərində “Milli səhiyyə sistemimizi xilas edin”, “Daha çox heyət, daha çox kapital” yazılan plakatlar qaldırılıb.

Səhiyyə işçiləri mütəşəkkil həmkarlar ittifaqlarının iştirak etdiyi yürüşə müxalifət də dəstək verib.

Qeyd edək ki, İngiltərə dövlət səhiyyə sistemində kifayət qədər vəsait olmaması və özəlləşdirmənin çoxalması son vaxtlar narazılıqlara səbəb olub. Qış mövsümü ilə birlikdə artan tələb iş şəraitini daha da çətinləşdirib. Hökumətin kəmərsıxma siyasətinin təzahürü olan bu vəziyyət təcili yardıma gələnlərin saatlarla gözlədildiyi, minlərlə əməliyyatın ləğv edilməsinə səbəb olur. // trt

1 COMMENTS

  1. The prevalence of tamoxifen use for chemoprevention in U propecia over the counter Pharmacokinetic studies also showed contrasting difference between Fc alone and PBT Fc, with Fc alone stayed in blood and PBT Fc quickly disappeared from circulation Figure S2, consistent with the results of gamma scanning

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir