İngiltərə BMT TŞ-ni Arakan üçün təcili toplantıya çağırdı

Bizimsesimiz.info // İngiltərə Arakanda baş verənləri müzakirə etmək üçün Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasını (BMT TŞ) təcili toplantıya çağırıb. Böyük Britaniyanın BMT-dəki daimi nümayəndəsi Metyu Raykroft sosial media hesabından açıqlama verib. Raykroft “İngiltərə Myanmadakı vəziyyəti müzakirə etmək üçün BMT TŞ-yə tələb irəli sürüb. Arakanda uzun müddətdir davam edən problemlərin müzakirə olunması lazımdır. Bütün tərəflərə təmkinli olmaq çağırışı edirik”, – sözlərini qeyd edib. Şuranın məsələni bu gün müzakirə etməsi gözlənilir, ancaq BMT TŞ rəhbərliyindən hələ ki, toplantıya dair rəsmi açıqlama verilməyib. // eastnews.org

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir