İngiltərənin baş naziri İraqın paytaxtı Bağdada rəsmi səfər edib

Bizimsesimiz.info // İngiltərənin baş naziri Theresa May İraqın paytaxtı Bağdada rəsmi səfər edib.

May Bağdadda həmkarı Heydər əl-İbadi ilə görüşüb.

Görüşdə  iki ölkə əlaqələrinin, İraqın terrordan zərər çəkən bölgələrinin bərpası iqtisadi əməkdaşlıq və bölgədəki vəziyyətin müzakirə olunduğu bildirilib.

İngiltərə ilə terrorla mübarizə başqa olmaqla müxtəlif sahələrdə əlaqələrin inkişaf etdiyini dilə gətirən İbadi deyib ki, ordu, polis, Haşdi Şabi və yerli tayfaların dəstəyilə bütün bölgələri geri aldıq və DEAŞ-ı məğlub etdik. İraqda bərpa işlərilə yatırım dövrü başlanacaq. İngiltərə şirkətlərinin ticarət və iqtisadiyyat sahəsində verəcəyi töhfə bizim üçün əhəmiyyət daşıyır.

İngiltərənin baş naziri May də İraqın ölkəsi üçün “tərəfdaş ölkə” olduğunu qeyd edərək, İraqın təhlükəsizliyi, bərpası, hərbi təlim və qaçqınların evlərinə qayıtması üçün dəstəklərini davam etdirəcəklərini söyləyib.

İraqın vahidliyini dəstəklədiklərini də qeyd edən May İraq Kürd Regional Rəhbərliyini (İKRR) İraqın birliyinə hörmətlə yanaşmağa və dialoqu təşviq etməyə çağırıb.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.