İyunun 26-28-də inkişaf etməkdə olan ölkələrin valyuta bazarlarında sabitlik müşahidə edilib.

Bizimsesimiz.info Fins.az-a istinadən bildirir ki, Meksika körfəzində qasırğanın nəticələri,  “G-20”-nin 7-8 iyul tarixilərində baş tutacaq sammitindən müsbət gözləntilər və ən əsası “Brent” markalı neftin qeyd olunan qısa müddət ərzində 3% bahalaşması inkişaf etməkdə olan ölkələrin valyutalarının dəyərdən düşməsinin qarşısını alır.

Bu müddət üçün artım liderliyi Qazaxıstan təngəsi (+0.85%) və Braziliya realındadır (+0.84%). Dollara qarşı bahalaşma həmçinin Meksika pesosunda (+0.77%), Çin yuanında (+0.56%) və Rusiya rublunda (+0.26%) müşahidə edilib.

Eyni zamanda nisbi azalma üzrə liderlik Türkiyə lirəsində və Hindistan rupisindədir. Hər ikisi dollara qarşı yarım faiz itirib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here