Zəng və ya sms-lər vasitəsi ilə insanlar kredit almağa təşviq edilir. Son vaxtlar banklar tərəfindən edilən bu cür zəng və sms-lərin sayı artıb. Kiminə maaş, kiminə isə pensiyası qarşılığında kreditlər təklif olunur.

Xezerxeber.az məlumat verir ki, son zamanlar banklar tərəfindən edilən zənglərin və sms-lərin sayı durmadan artır. Bank və kredit təşkilatları bu üsulla vətəndaşları kredit almağa təşviq edir. Halbuki, illər əvvəl də banklar belə bir addım atmışdı. Bu isə kimə gəldi kreditlərin verilməsinə və problemli kreditlərin sayının xeyli artmasına gətirib çıxarmışdı.

Ancaq çox keçməmişdi ki, aidiyyati qurumlar bu məsələyə müdaxilə etmiş və belə halların qarşısı müəyyən mənada alınmışdır.

İndi isə görünür ki, banklar uzun müddətli fasilədən sonra insanları yenidən kredit almağa təşviq edir.

Mütəxəssislər bankların atdığı bu addımın gələcəkdə problemli kreditlərin sayının artmasına səbəb ola biləcəyini deyirlər.

Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının ekspertlər qrupunun rəhbəri Elman Sadıqovun sözlərinə görə, hazırda banklar real sektordan daha çox istehlak kreditlərinə üstünlük verir.

Onun fikrincə, istehlak kreditlərindənsə, real sektora, xüsusən də kiçik və orta sahibkarlara kreditlərin verilməsi daha məqsədəuyğundur. Çünki istehlak kreditlərinin çoxalması problemli kreditlərin həcminin artmasını qaçılmaz edir.

Bizimsesimiz.info mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here