A Jordanian protester holds a Jordanian national flag, and chants slogans during a protest against a government agreement to import natural gas from Israel, in Amman, Jordan, October 7, 2016. REUTERS/Muhammad Hamed - RTSR7I4

Bizimsesimiz.info // İsrailin Amman Səfirliyində israilli  təhlükəsizlik əməkdaşının 2 iordaniyalını öldürməsindən sonra iki ölkənin münasibətlərində böhran yarandı.

İordaniyanın səlahiyyətli şəxsləri İsrail hadisə ilə  bağlı ədalətli istintaq işi aparanadək İsrailin İordaniya səfiri Einat Şalainin və  digər səfirlik işçilərinin ölkəyə girişlərinə qadağa qoyulduğunu bildirdilər.

İordaniya Kralı 2-ci Abdullah da, 16 yaşlı Məhəmməd Jawawdahı və səfirlik binasının sahibini öldürən təhlükəsizlik əməkdaşının ədalətli şəkildə mühakimə olunmasını tələb etdi.

Qeyd edək ki, İsrail təhlükəsizlik əməkdaşı ıdiplomatik toxunulmazlığı səbəbindən sorğu-sual olunmadan ölkəsinə qayıdıb.

İsrailin baş naziri Benyamin Netanyahu  iyulun 23-də baş verən hadisədən sonra ölkəsinə qayıdan Amman Səfiri Einat Şalaini və 2 iordaniyalını öldürən təhlükəsizlik əməkdaşını qəbul edib.

İordaniya Prokurorluğu israilli təhlükəsizlik əməkdaşı barəsində iki qətl və qanunsuz silah saxlamaqla bağlı cinayət işi açıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here