Bizimsesimiz.info // İordaniya İsraildən Əmmandakı səfirliyinin bütün əməkdaşlarının dəyişdirilməsini tələb edib.

Bizimsesimiz.info “Report”a istinadən xəbər verir ki, bu barədə “Ediot Ahronot” məlumat yayıb.

Bildirilib ki, buna səbəb olaraq, İsrail səfirliyinin mühafizəçisinin İordaniyanın iki təbəəsini öldürməsi göstərilir.

Qeyd edək ki, İordaniya kralı II Abdulla avqustun 7-də Ramallaha gedəcək və Fələstin lideri Mahmud Abbasla görüşəcək.

Xatırladaq ki, iyulun 23-də İsrailin Əmmandakı səfirliyinə hücum nəticəsində iki mühafizəçi yaralanıb, İordaniyanın iki təbəəsi öldürülüb.

İyulun 25-də İsrailin baş naziri Binyamin Netanyahu səfirliyin mühafizəçisi Ziv Moyyalla görüşərək, ona təşəkkür edib. Mühafizəçinin adı məlum olduqdan sonra İsrailin cənubunda ailəsinin yaşadığı qəsəbədə təhlükəsizlik tədbirləri gücləndirilib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here