İordaniyada İsrail səfirliyinə hücum edən öldürüldü – Yenilənib
Bizimsesimiz.info // İordaniyanın paytaxtı Əmmanda İsrail səfirliyinə silahlı hücumda yaralananlar arasında İsrail səfirliyinin əməkdaşları da var. Modern.az xarici mediaya istinadən xəbər verir ki, baş verən atışma nəticəsində naməlum silahlılardan biri öldürülüb. Səfirliyin mühafizəçisi isə ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, İordaniya mətbuatı hücumun 17 yaşlı iordaniyalı tərəfindən törədildiyini bildirir. Məlumata görə, bıçaqla silahlanmış gənc səfirliyin ərazisinə daxil olaraq bir nəfərə bıçaqla xəsarət yetirib. Bundan sonra o mühafizə xidmətinin əməkdaşları tərəfindən öldürülüb. Hadisə ilə əlaqədar hələ ki, rəsmi məlumat verilmir.
22:46
İordaniyanın paytaxtı Əmmanda İsrail səfirliyinə hücum olub. Modern.az “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu haqda İordaniyanın Ammun agentliyi xəbər verib.
Hücum nəticəsində 1 İordaniya vətəndaşı ölüb və 1 İsrailli xəsarət alıb.
İsrail vətəndaşı aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib.