Bizimsesimiz.info // Prezident İlham Əliyev tərəfindən Milli Məclisə göndərilən  “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” qanun layihəsində əsasən iqtisadi cinayətlərlə bağlı müddəalar yer alıb.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin  Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli deyib.

Deputat bildirib ki, iqtisadi cinayətlər törətmiş şəxslərə həbs cəzası deyil, cərimə tətbiq olunacaq.

“Bu beynəlxalq təcrübədə də var. İnsanlara həbs və digər cəzalar tətbiq etməkdənsə, iqtisadi sanksiyalar tətbiq etmək daha faydalı olur. Həmçinin, şərti məhkumluq, icbari həbs və s. cəza növü saxlanılacaq”.

T.Kərimli deyib ki, bəzi cinayətləri törədilməsinə görə həbs cəzası ləğv olunacaq.

“Bu, qanun layihəsində nəzərdə tutulub. Həmçinin, cərimə sanksiyaları tətbiq edilirsə, həbsin və ya digər cəzaların aradan qaldırılması məsələsinə baxılmalıdır.  Cinayət Məcəlləsində mövcud olan cinayət tərkiblərinin 60 faizinin sanksiyasında azadlıqdan məhrumetmə alternativsiz olaraq yeganə cəza növü kimi nəzərdə tutulur. Bu tərkiblərin təqribən 40 faizini böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər təşkil edir. Sanksiyalarda alternativ cəzaların olmaması son nəticədə azadlıqdan məhrum edilmiş şəxslərin sayının artmasına səbəb olurdu.Yeni müəyyən edilmiş azadlığın məhdudlaşdırılması cəzası məhz bu problemin aradan qaldırılmasında mühüm vasitə olacaq”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here