“Bəzi xəbər portallarında Ekologiya və Təbii Sərvətlər nazirinin xidməti avtomobilinin Sumqayıt istiqamətindən keçəndə yolların bağlanması barədə doğru olmayan xəbər paylaşılıb”.

TİA.AZ xəbər verir ki, bu barədə ETSN-in sözçüsü İradə İbrahimova Facebook səhifəsində paylaşım edib:

“Halbuki elə dərc olunan məlumatın içərisində də Daxili Işlər Nazirliyinin sözçüsü təkzib verərək belə halların baş vermədiyini və iddiaların tamamilə yanlış olduğunu bildirib.

Təəccüblüdür ki, olmayan hadisəni xəbərə çevirib, sonra elə həmin yazıda da rəsmi təkzibini vermək, diqqət çəkmək üçün şou xarakterli başlıq qoymaq, belə cəfəng, həqiqətə söykənməyən informasiyanı tirajlamaq cəmiyyətə və mediaya görəsən nə qazandırır?

Belə xəbər, belə jurnalistika olurmu?

Məlumatın özündə nazirin adı olmadığı halda başlıqda necə bu adı hallandırmaq olar?

Bu məlumatlar tamamilə uydurmadır, kimlərinsə açıq-açığına qarayaxma kampaniyasıdır.
Bu cür absurd fikirlərin cəmiyyətə təqdim olunması qeyri-ciddi yanaşma və problemi səhv istiqamətə yönəltməkdən başqa bir şey deyil.

Bu cür yalan məlumatları yayanlara deyəcək söz tapmıram….”

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here