Bizimsesimiz.info // İran ABŞ-ın ballistik raket proqramının hazırlanmasına qarşı yönəlmiş sanksiyaları barədə qərarını pisləyir və bu barədə işləri davam etdirəcəyinə söz verir.

Axar.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi yerli mətbuata açıqlamasında deyib.

“Biz raket proqramının hazırlanmasını tam sürətlə davam etdirəcəyik. ABŞ-ın atdığı addımları düşmən xarakterli, qəbuledilməz və nüvə sazişini zəiflətmək cəhdi olaraq qiymətləndiririk”, – Qasımi bildirib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Trampın yeni sanksiyalar nəzərdə tutan qanun layihəsinin sonuncu versiyası ilə tanış olduğu və onu imzalamağa hazırlaşdığı bildirilir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here