“İran Air” aviaşirkətinə qadın rəhbərlik edəcək

Bizimsesimiz.info // “İran Air” aviaşirkətinə ilk dəfə qadın rəhbərlik edəcək.

“Report”un RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Press TV telekanalı bildirib.

Məlumata görə, aviaşirkətin keçmiş rəhbəri Fərhad Pərvəreşini bu postda 44 yaşlı Fərzanə Şərəfbafi əvəzləyib.

F.Şərəfbafi aviasiya-kosmik sahəsində elmlər doktoru səviyyəsinə malikdir. O, bundan əvvəl “İran Air”in Araşdırma Departamentinə rəhbərlik edib.

F.Şərəfbafinin yeni postda əsas vəzifələrindən biri sərnişin təyyarələrinin köhnəlmiş donanmasını yeniləməkdən ibarət olacaq.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir