Bizimsesimiz.info // İranın dini lideri Əli Xameneyinin Xarici Siyasət üzrə müşaviri Əli Əkbər Vilayəti “Universitet Tələbələri Fələstin Müqavimətinə Dəstək Konfransı”nda çıxış etdi.

Vilayəti çıxışında Amerika Birləşmiş Ştatlarının Böyük  Orta Şərq Layihəsinə diqqət çəkdi, Vaşinqtonu region ölkələrini parçalama planları qurmaqda günahlandırdı.

Müşavir: “Suriyada Fərat çayının şərqinə yerləşən ABŞ əsgərləri gec-tez buradan çıxmalıdırlar, ya özləri çıxarlar, ya da biz onları buradan çıxaracağıq” deyə danışdı.

Vilayəti ABŞ-ın Suriyanı parçalamağa nail olmayacağını da qeyd etdi.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here