“İran ilə Azərbaycanın dəmir yolları birləşəcək” – Mahmud Vaezi

Bizimsesimiz.info // “İran ilə Azərbaycanın dəmir yolları birləşəcək və bu yol “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin (ŞCBND) formalaşmasında mühüm rol oynayacaq”. Modern.az  xəbər verir ki, bunu İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi Sankt-Peterburqda keçirilən beynəlxalq iqtisadi forumdakı çıxışı zamanı deyib.

M. Vaezi qeyd edib ki, İran qədim İpək Yolunun üzərində yerləşir və bu gün beynəlxalq nəqliyyat dəhlizinin yaradılmasında aparıcı rola malikdir. İran MDB dövlətləri ilə iqtisadi əlaqələrini inkişaf etdirərək genişləndirməkdə maraqlıdır və “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi bu inkişafı təmin edəcək.

Mahmud Vaezi İranın Şanxay Əməkdaşlıq Təşkilatı ilə də yaxın əlaqələr qurmaq niyyətində olduğunu nəzərə çatdırıb.

Qeyd edək ki, İranı Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda M.Vaezi ilə yanaşı, bu ölkənin neft nazirinin müavini Əmir Hüseyn Zamani və İRNA informasiya agentliyinin baş direktoru Məhəmməd Xodadi təmsil edirlər.

2 COMMENTS

  1. com 20 E2 AD 90 20Para 20Q 20Sirve 20El 20Viagra 20Masculino 20 20Viagra 20Warnings 20Dangers para q sirve el viagra masculino Opposition leaders, in a nation of 29 million people broadly split 50 50 between pro and anti government supporters, accuse Maduro of inventing excuses to cover up his own incompetence and the dysfunctional economy he inherited from Chavez cialis order online Prescribing Information as of April 2007

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir