“İran İsrailə hücum etməyə hazırlaşır” iddiasına Lavrovdan cavab
Bizimsesmiz.info // Rusiya xarici işlər naziri Sergey Lavrov İsrail Baş naziri Binyamin Netanyahunun İranın İsrailə hücum etməyə hazırlaşdığı istiqamətindəki ifadələrini şərh edib.
Mətbuat konfransında danışan Lavrov “Kiminsə İsrailə hücum etməyə hazırlaşdığı istiqamətində bir məlumatımız yoxdur”, – deyib.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putinlə görüşən Netanyahu İranın İsraili məhv etmək məqsədi ilə Suriya və Livanda yerləşdiyini demişdi.// Sputnik