A man comforts his son, who was injured during an attack by Taliban gunmen on the Army Public School, at Lady Reading Hospital in Peshawar, December 16, 2014. Taliban gunmen in Pakistan took hundreds of students and teachers hostage on Tuesday in a school in the northwestern city of Peshawar, military officials said. REUTERS/Stringer (PAKISTAN - Tags: CRIME LAW CIVIL UNREST)

Bizimsesimiz.info // İran ordusunda silahlı insident olub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Qəzvin şəhərində yerləşən “Abyek” hərbi bazasında qeydə alınıb. Məlumata görə, həmin hərbi hissədə xidmət edən bir əsgər 3 yoldaşını öldürdükdən sonra özünü güllələyib.

Belə ki, hərbi xidmətinin qalan hissəsinin doğma şəhərində keçirilməsini tələb edən Sasan Xəlili komandirlərinin buna mənfi cavab verməsindən hiddətlənib. O, əsgər kazarmasına daxil olaraq əlindəki tüfənglə əsgər yoldaşlarına atəş açıb. Daha sonra isə özünü qarın nahiyəsindən güllələyib.

Atəş nəticəsində 3 əsgər yerindəcə həlak olub, 6 nəfər isə yaralanıb. Yaralı əsgərlər helikopterlə Qəzvin xəstəxanalarından birinə çatdırılıb. Yaralılardan bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here