İran öz katerlərinin atəşə tutulmasına görə ABŞ-ı “ciddi fəsadlar”la hədələyib

Bizimsesimiz.info // İran hərbçiləri Fars körfəzində Amerika hərbçiləri tərəfindən öz patrul katerlərinin atəşə tutulmasını şərh ediblər. Onlar ABŞ-ın hərəkətlərini qeyri-peşəkar adlandırıblar və bu cür hadisələrin amerikalılar və region üçün ciddi nəticələrə gətirib çıxara biləcəyi ilə hədələyiblər.

“Report” “Tasnim”ə istinadən xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) komandanının siyasi məsələlər üzrə müavini Rəsul Sanai Rad deyib.

“Amerikalıların hərəkətləri – bu, qeyri-peşəkar davranışdır”, – deyə o bildirib.

Bir həftə ərzində ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən İran katerlərinə iki hücum faktı qeydə alınıb. İnsidentlər 25 və 28 iyul tarixlərində baş verib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.