Bizimsesimiz.info // İran parlamentinin spikeri Əli Laricani bu gün səhər bir neçə terrorçunun parlamentə daxil olduğunu və terror aktı törətdiyini açıqlayıb.

Deyerler.org Tasnim-ə istinadən xəbər verir ki, Laricani açıqlamasında belə deyib: “İran terrorla mübarizənin mərkəzi mövqeyindədir və biz nəyin bahasına olursa olsun, terrorla mübarizəyə davam edəcəyik. Bu hadisə cüzi bir təşəbbüsdür, amma bu hadisədən başa düşülən məsələ terrorçuların böyük bir hadisə törətmək axtarışında olduğunu göstərir. İran terrorçulara qarşı fəal və mühüm bir qütbdür və terrorçular bunu məhv etmək istəyir”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here