İran Parlamentinin spikeri Türkiyəyə gedib

Bizimsesimiz.info // İran Parlamentinin spikeri Əli Laricani Türkiyəyə gəlib. SalamNews Türkiyə mətbuatına istinadla xəbər verir ki, səfərin məqsədi  İstanbulda təşkil edilən Asiya Parlament Assambleyasının X iclasında iştirak etməkdir.

Onun TBMM sədri İsmayıl Kahramanla görüşü nəzərdə tutulub.

Qeyd edək ki, Asiya Parlament Assambleyasının X iclası İstanbulda 21-24 noyabr tarixlərində keçiriləcək.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir