Bizimsesimiz.info // Xəbər verdiyimiz kimi, İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin qardaşı Hüseyn Firudin maliyyə cinayətlərində təqsirli bilinərək həbs olunub.

Anadolu informasiya agentliyinin yaydığı xəbərə görə, Ruhaninin qardaşı Firudin mühakimə olunduğu iddiada haqqında verilən pul cəzasını ödəmədiyi üçün həbs edilib.

Məhkəmə Hakimiyyəti sözçüsü Qulamhüseyn Muhseni Ejei keçirdiyi həftəlik mətbuat konfransında, Firudinin sözügedən təminatı ödəmədiyi üçün həbs olunduğunu bildirib. O, Firudinin ancaq pulu ödədikdən sonra sərbəst buraxılacağını vurğulayıb.

Sözügedən pulun miqdarı barədə məlumatı olmadığını söyləyən Məhkəmə Hakimiyyəti sözçüsü məsələnin araşdırdığını bildirib.

Məlumatda qeyd edilir ki, İranın keçmiş prezident Mahmud Əhmədinejadın müavini Həmid Bakayi də vəzifədə olduğu dövrdə maliyyə cinayətlərində təqsirli bilinərək 15 milyon 350 min dollar məbləğində pulu ödəmədiyi üçün həbs olunmuşdu. // virtualaz.org

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here