İran rohingiyalı müsəlmanlara humanitar yardım göndərib

Bizimsesimiz.info // İranın Qırmızı Aypara Cəmiyyəti bu gün Myanma hökumətinin zülmündən evlərindən didərgin düşmüş rohingiyalı müsəlmanlara humanitar yardım göndərib.

Banqladeşə göndərilmiş yardımın ilk partiyası bu  gün yola salınıb. 40 ton çəkisi olan yardım yükündə dərman, ərzaq məhsulları, çadır və digər zəruri əşyalar yer alıb. // maide.info