İran “Sayad-3” raketlərinin istehsalına başladı

Bizimsesimiz.info // İran “Sayad-3” havadan müdafiə raketlərinin istehsalını qurub. APA-nın “Tasnim” agentliyinə istinadən verdiyi xəbərə görə,  istehsalın açılışı mərasimində ölkənin müdafiə naziri Hüseyn Dehqan iştirak edib.

Nazir çıxışında qeyd edib ki, “Sayad-3”  raketlərinin istehsalında  müasir dünya texnologiyaları nəzərə alınıb. “Bu raketlər təhlükə mənbəyi olan istənilən hədəfi – “görünməyən” qırıcılar, pilotsuz uçan aparatlar, qanadlı raketlər, helikopterlər və digər uçan vasitələri vurmağa qadirdir”,- deyə müdafiə naziri qeyd edib.

Onun sözlərinə görə, “Sayad-3” raketlərinin vurma məsafəsi təqribən 120 km-ə yaxındır.