İran tarixinin ən böyük nümayişi keçirildi – 1 milyon etirazçı İsrailə meydan oxudu…

Bizimsesimiz.info // İran tarixinin ən böyük nümayişlərindən biri keçirilib.

Moderator.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, İsrail əleyhinə bütün İran boyu təşkil olunmş aksiyalarda 1 milyondan çox insan iştirak edib.
Aksiyalarda İsrailə, ABŞ-a, Böyük Britaniyaya ölüm! şüarları səsləndirilib. Etirazçılar İsrailin Qüds şəhərini tez bir zamanda azad etməsini tələb ediblər. Bütün İran boyu təşkil olunmuş etiraz mitinqlərində İranın yüksək çinli dövlət məmurları da iştirak edib.
Qeyd edək ki, bu gün Azərbaycanda da bir qrup şəxs İsrail səfirliyinin qarşısına toplaşaraq aksiya keçirməyə cəhd edib.