Bizimsesimiz.info // “İran artıq Türkmənistandan qaz idxalı üçün zərurət görmür.”

SalamNews-un “Iran Front Page” qəzetinə istinadən verdiyi xəbərə görə, bunu İran parlamentinin deputatı Asadulla Karehani bildirib.

Gələn həftə İranda yeni 175 kilometrlik boru kəmərinin işə salınması planlaşdırılır. Boru kəməri lazım olan qazı ölkənin şimal regionlarına çatdıra biləcək.

Karehani İranın Türkmənistandan qaz çatdırılmasına dair müqaviləni birtərəfli pozmağa görə dəymiş zərərin məhkəmə qaydasında ödənilməsini tələb edəcəyini söyləyib: “2007-ci ildə Türkmənistan İranı çıxılmaz vəziyyətdə qoyub və İranın qaz idxalı üzrə alternativ variantları olmadığı zamanda qiymətləri qaldırıb. Türkmənistan öhdəliklərə əməl etmədiyinə görə cərimə olunmalıdır.”

Bununla belə, tərəflər kompromisə gələcəkləri təqdirdə İran Türkmənistan qazını almağa hazırdır.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here