İran və Rusiya atom energetikası sahəsində əməkdaşlığa başlayır
Bizimsesimiz.info // İranın Atom enerjisi təşkilatının rəhbərinin müavini Behruz Kamalvandi Rusiyanın “Rosatom” dövlət korporasiyasının rəhbərliyi ilə danışıqlar aparıb.
Bu haqda IRNA informasiya agentliyi xəbər verir.
Məlumata görə, Moskvada keçirilən görüşdə ikitərəfli əməkdaşlığın müxtəlif aspektlərini müzakirə olunub. Kamalvandi bildirib ki, “Buşer” AES-in 1 saylı enerji blokunun istismarına dair əməkdaşlıq və bu stansiyanın ikinci və üçüncü enerji bloklarının tikintisi proqramı məsələləri müzakirə edilib. / enter.news