İran və Türkiyə iki əməkdaşlıq sənədi imzaladı
Bizimsesimiz.info // İranın Birinci vitse-prezidenti İshaq Cahangiri Türkiyə səfəri zamanı iki ölkə arasında əməkdaşlıq sənədi imzalanıb.
Məlumata görə, sözügedən sənədlər iki ölkənin yüksək səviyyəli nümayəndə heyətlərinin görüşünün sonunda və Cahangiri ilə Türkiyə Baş naziri Binalı Yıldırımın hüzurunda imzalanıb.
Sənədlər İran Elm, Tədqiqat və Texnologiya Nazirliyi Beynəlxalq Əməkdaşlıq Mərkəzi ilə Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası arasında əməkdaşlığı və yenə iki ölkənin ətraf mühit sahəsində əməkdaşlığını nəzərdə tutur. //eastnews.org