İran və Türkiyə ticarət dövriyyəsini 30 milyard dollara çatdıracaq
Bizimsesimiz.info // İran və Türkiyə 30 milyard dollar həcmində ticarət dövriyyəsini həyata keçirməyə ümid edir.
SalamNews “İRNA.İr”ə istinadən xəbər verir ki, bu barədə İranın vitse-prezidenti İshaq Cahangiri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İstanbulda keçirilən D-8 Zirvə sammiti çərçivəsində görüşü zamanı deyib.
Onun sözlərinə görə, hər iki ölkə ticarət dövriyyəsini həmin məbləğə çatdırmağı hədəfləyib: “ Planlaşdırdığımız kimi, ticarət dövriyyəsinin həcmi tezliklə bu rəqəmə çatacaq”.
O həmçinin deyib ki, İran Türkiyəyə enerji nəqlini həyata keçirməyə hazırdır: “ İran qonşu ölkələrə neft və qaz nəqlinin ixracını artırmağa hazırdır”.
Türkiyə Prezidenti çıxışında bildirib:” Türkiyə İranla ticarət dövriyyəsini 30 milyard dollarla çatdırmağa hazırdır”.
Neft və qaz sahəsindəki əməkdaşlıqdan danışarkən Türkiyə rəhbəri Türkiyənin İrandan daha çox qaz almaq niyyətində olduğunu vurğulayıb.