İrana sürpriz səfərin səbəbini açıqladı
Bizimsesimiz.info // Həmas Siyasi Bürosunun sədr müavini Saleh Aruri İranla əlaqələri kəsmək istəmədiklərini bildirib.
S.Aruri İran səfərinə dair yazılı şərh verib: “Bu səfər İsrailin Fələstin milli razılaşmasını qəbul etməsi üçün İranla əlaqələrin kəsilməsi şərtindən faktiki olaraq imtina edilməsi anlamına gəlir. İsrail işğalı qarşısında Fələstin xalqına dəstək verən bütün ölkələrlə əlaqələri gücləndirmək tərəfdarıyıq.
Xatırladaq ki, Həmas və Fətih nümayəndə heyətləri Qahirədəki müzakirələr çərçivəsində 12 oktyabrda Fələstindəki pərakəndəliyi bitirən razılaşma müqaviləsi imzalamışdı. İsrailin Baş Naziri Benyamin Netanyahu isə Fələstin sazişinin qəbulu üçün İsrailin tanınması, Həmasın tərksilah edilməsi və İranla münasibətlərin kəsilməsini şərt qoymuşdu.