İranda Cümə namazı sonrası dövlətə dəstək aksiyaları keçirilib

Bizimsesimiz.info  // İranın Tehran əyalətinin bütün şəhərlərində Cümə namazından sonra ölkədə baş verən son hadisələri qınamaq məqsədilə kütləvi aksiyalar keçirilib.

Məlumata görə, iştirakçılar son günlər bəzi şəhərlərdə asayişi pozaraq insanların malına ziyan vuran şəxslərin hərəkətlərini pisləyiblər. Yürüş paytaxt Tehranla yanaşı, əyalətin bir neçə şəhərində o cümlədən Dəmavənd, Pərdisdə təşkil olunub. Əhali “Fitnə yaradanlara ölüm!”, “Amerikaya ölüm!” şüarları səsləndirib, iğtişaşçıların hərəkətlərini və əcnəbi ölkələrin müdaxilələrini qınayıblar.

Təbriz şəhərində də son hadisələr əleyhinə etiraz yürüşü təşkil olunub.

Qeyd edək ki, prezident Həsən Ruhani və parlamentinin sədri Əli Laricani İran polis komandiri, general Hüseyn Əştəri ilə telefon əlaqəsi saxlayaraq polisin sərgilədiyi davranış və hadisələrin dinc yolla nəzarətə alınmasına görə ona təşəkkür ediblər. //eastnews.org

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir