İranda sel və daşqın nəticəsində 11 nəfər vəfat edib
Bizimsesimiz.info // İranda aramsız yağan yağışlar nəticəsində baş verən sel və daşqınlar nəticəsində 11 nəfər ölüb, 2 nəfər itkin düşüb.
SalamNews-un “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Rəzəvi Xorasanda 8, Gülüstanda 2, Şimali Xorasanda 1 nəfər ölüb. Gülüstanın Ali Abad rayonunun iki sakini itkin düşüb.
Bundan başqa, yaşayış evlərinə böyük ölçüdə ziyan dəyib. Axtarış-xilasetmə işləri davam edir.