İranda zəlzələ nəticəsində ölənlərin sayı 474 nəfərə çatıb

Bizimsesimiz.info  // İranın İraqla sərhədində baş vermiş zəlzələdə ölənlərin sayı 474 nəfərə çatıb. SalamNews-un İran mətbuatına istinadla verdiyi xəbərə görə, yaralıların sayı 9388 nəfərə çatıb.

Qeyd edək ki, İran-İraq sərhədində 7,2 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Kermanşah şəhərindən 104 km qərbdə, ocağı 10 km dərinlikdə yerləşib. Güclü zəlzələdən sonra bölgədə 10-dan çox təkrar yeraltı təkanlar qeydə alınıb.

Əyalətdə baş vermiş zəlzələ 7 şəhər və 1930 kəndə ziyan vurub. İlkin hesablamalara görə,  zəlzələnin əyalətə vurduğu zərər 290 milyon dollar  təşkil edir.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.