“İrandakı nümayişləri yalnız Netenyahu və Tramp dəstəkləyir “
Bizimsesimiz.info // İrandakı nümayişləri iki nəfər dəstəkləyir: Biri Netenyahudur, digəri isə Tramp.
SalamNews-un “Haberler”ə istinadla verdiyi xəbərə görə, bunu Türkiyənin Xarici işlər naziri Mevlüd Çavuşoğu bəyan edib.
O bildirib ki, digər ölkələrdən bu nümayişlərin dəstəkləndiyinə dair açıqlamalar verilməyib.
“Bu prosesi iki nəfər dəstəkləyir, Netenyahu və Tramp. Başqa ölkələrdən bu aksiyaları dəstəkləyən açıqlamalar görmədim. İranın daxili işləridir, amma İranın sabitliyi qonşuları üçün əhəmiyyətlidir. Xaricdən bu cür müdaxilələrə qarşıyıq. Ölkə rəhbərlikləri seçki yolu ilə təyin edilir. Bir rəhbərlik dəyişəcəksə, növbəti seçkidə İran xalqı tərəfindən dəyişdirilə bilər”.
Çavuşoğlu iranlı həmkarı Məhəmməd Cavad Zəriflə mütəmadi olaraq əlaqə saxladığını, ölkədəki vəziyyət barədə məlumat aldıqlarını qeyd edib.
“Zərifin dediyinə görə, vəziyyət o qədər də pis deyil. Türkiyədəki Gəzi parkı hadisələriylə bənzədilir. İran rəhbərliyi bu nümayişçilərlə diqqətli davranır”.