İrandan ABŞ-a ultimatum

Bizimsesimiz.info // ABŞ İranın sərhədlərindən 1000 kilometr məsafəyə qədər ərazilərdə yerləşən bazalarını ləğv etməlidir.

Axar.az xəbər verir ki, bu sözləri İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı mayor Məhəmməd Cəfəri deyib. O bildirib ki, Vaşinqtonun İrana qarşı sanksiyaları davam edəcəyi təqdirdə bu şərtə əməl edilməlidir:

“Ölkənin havada, suda və quruda raket gücü sürətlə artır və bu sövdələşmə, yaxud danışıqlar mövzusu ola bilməz”.

Qeyd edək ki, bundan əvvəl ABŞ İrana qarşı sanksiyaları genişləndirdiyini bildirmişdi.