İrandan London teraktına reaksiya
Bizimsesimiz.info // Londonda baş verən terror aktını qətiyyətlə pisləyirik.
Axar.az xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi deyib.
XİN sözçüsü bildirib ki, beynəxalq birlik bu bəladan xilas olmaq üçün ortaq səy göstərməlidir:
“İran hər zaman terrorizmə qarşı mübarizə aparıb. Avropada baş verən hadisələr onu göstərir ki, terrorçuları dəstəkləmək daha ağır nəticələrə gətirib çıxarır”.
Qeyd edək ki, ötən gün axşam saatlarında Londonda iki fərqli məkanda baş verən terror aktı nəticəsində 7 nəfər ölüb, 48 nəfər yaralanıb.