İrandan rəsmi etiraf : “Qətər məsələsində Türkiyəyə uduzduq, türklər embarqodan 48 saat sonra…”

İran Ərzaq İstehsalçıları Kooperativinin sədri Mehdi Kərimi, Qətər məsələsində önəmli bir fürsəti qaçırdıqlarını və Qətər bazarını Türkiyəyə uduzduqlarını etiraf edib.

Bizimsesimiz.info avropa.info saytına istinadən xəbər verir ki, İranın Tasnim agentliyinə danışan Mehdi Kərimi Türkiyənin Qətər embarqosu başladıqdan 48 saat sonra, bu ölkədəki marketləri ərzaqla doldurduğunu deyib.

“Qətər bazarını Türkiyə qarşısında itirdik. Təssüf ki, Qətər məsələsində imkanları qiymətləndirə bilməmişik və zamanında bu bazara girə bilmədik” deyə Mehdi Kərimi qeyd edib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.