Bizimsesimiz.info // İran Parlamentinin Hüquq Komissiyası narkotiklərin açıq satışını nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

Avropa.info xəbər verir ki, qanun layihəsində narkotik vasitələrə bağlılığı olan şəxslərə dövlət tərəfindən narotiklərin açıq satışı nəzərdə tutulur.

İran Məclisi Hüquq Komissiyasının sözçüsü Həsən Novruzinin yerli mətbuata verdiyi açıqlamada, bununla narkotik qaçaqmalçılığına son qoymaq istədiklərini deyib.

“İnsanların narkotik qaçaqmalçılarının təsirinə düşməsinin qarşısını almaq istəyirik. Bu yolla insanları tədricən bu aslılıqdan da xilas edə bilərik.
İran Narkotiklərlə Mübarizə Məntəqəsinin sədri Səid Sıfatiyan dövlətin narkotik paylama proqramının, bütün narkotik maddələri əhatə etmədiyini bildirib.

İran inqilabı ərəfəsində də belə bir təcrübənin mövcud olduğuna toxunan Sıfatiyan bunları deyib:

“Bu layihə İrandakı narkotik asılılığı tamamilə aradan qaldıracaq və ya bütün narkomanları əhatə edəcək bir təcrübə deyil. Bu ölkədə narkotik maddələrdən asılı sayını azaltmağı hədəfləyir.”

İran Narkotiklərlə Mübarizə Şöbəsinin rəsmi məlumatlarına görə, ölkədə 2 milyon 800 minə yaxın narkotik maddələrdən asılı insan var.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here