İranın keçmiş xarici işlər naziri İzmirdə vəfat etdi

Bizimsesimiz.info // İranın keçmiş xarici işlər naziri tanınmış islahatçı İbrahim Yəzdi 86 yaşında dünyasını dəyişib.

Məlumata əsasən, İbrahim Yəzdi ötən gecə müalicə aldığı Türkiyənin İzmir xəstəxanalarının birində vəfat edib. O, mədəaltı vəzinin xərçəngindən əziyyət çəkirdi. İranlı diplomatın müalicə almaq üçün ABŞ-a viza müraciəti etdiyi və bu ölkədən mənfi cavab aldığı qeyd edilir.

Xatırladaq ki, İbrahim Yəzdi İranda şah rejiminin devrilməsindən sonra fəaliyyət göstərən ilk hökumətin xarici işlər naziri olub.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir