Bizimsesimiz.info // İran prezidenti Həsən Ruhaninin birinci müavini İshak Cahangiri sabah Ankaraya səfər edəcək və Baş nazir Binəli Yıldırımla görüşəcək.

Cahangiri Çankaya Köşkündə Binəli Yıldırımla görüş keçirəcək.

Baş nazir Binali Yıldırım tərəfindən rəsmi mərasimlə qarşılanacaq İran vitse-prezidenti, Binəli Yıldırımla birgə mətbuat konfransı təşkil edəcək.

Görüşdə Şimali İraqda tətbiq olunacaq embarqoların, Kərkük məsələsi kimi problemlərin müzakirə edilməsi gözlənilir.

İshak Cahangiri Rəcəb Tayyib Ərdoğanla görüşüb-görüşməyəcəyi hələ ki, müəyyən deyil. //eastnews.org

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here